Ana səhifə / Tez-tez verilən suallar
Tez-tez verilən suallar
Sifariş etdiyim hostinq paketini sonradan dəyişə bilərəmmi?
Bəli. İstifadə etdiyiniz hostinq paketini istənilən vaxt dəyişə bilərsiniz, bu zaman saytda məlumat itkisi baş vermir.
Saytın yaradılması nə qədər büdcə tələb edir?
Saytın yaradılması qiyməti birbaşa onun çətinlik və funksionallığından asılıdır. Hazır paketlərimiz Qiymətlər səhifəsindədir.
Domen və hostinq nədir?
Domen saytınızın adıdır, məsələn weber.com.az. Hər insanın öz adı olduğu kimi saytların da adı var. Sayt sifarişi zamanı istədiyiniz domen sonluğundan (.az, .com, .net, .biz və s.) istifadə edə bilərsiniz. Hostinq isə saytınızın yerləşdiyi serverdir; saytın daim aktiv qalması, yaddaş həcmi və kəsintisiz işləməsi üçün əsas şərtdir. .az domenləri üçün online.az, digər domenlər üçün name.com saytından domen sifariş edə bilərsiniz.
Birdən çox TeamSpeak 3 ala bilərəmmi?
TeamSpeak 3 serverləri bir-birindən təcrid olunub. Qiymətləri nəzərdən keçirdikdən və sizə uyğun paketi seçdikdən sonra istədiyiniz qədər TeamSpeak 3 serverini icarəyə götürə bilərsiniz.
Veb saytın yaradılmasına nə qədər vaxt tələb olunur?
Saytın yaradılması üçün tələb olunan vaxt müştərinin tələblərindən asılıdır. Bu müddət 2–3 gündən bir neçə aya qədər uzana bilər.
Digər provayderdə emaillərimiz spama düşür, kömək edə bilərsinizmi?
Korporativ email hostinq xidmətimizdən istifadə etdikdə emailləriniz düzgün qurulur, xüsusi təhlükəsizlik protokolları vasitəsilə spama düşmə hallarının 99%-nin qarşısı alınır.
Xidmətin müddəti bitəndə nə olur?
Müddət bitməzdən 7 gün əvvəl sizə e-poçt və uzatma invoysu göndərilir. Xidməti balansınızdan bir kliklə uzada bilərsiniz. Ödəniş müddətin bitməsindən sonra 3 günə qədər gecikdirilə bilər; bu müddətdən sonra ödəniş edilməzsə xidmət silinə bilər.
Cavabını tapmadınız? Bizə yazın.